Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” Hesabat (2022)

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11-ci  yarımbəndinə əsasən Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində görülmüş işlər haqqında

 

H E S A B A T

Sıra №-si

Bəndin nömrəsi

Tapşırığın, tövsiyənin məzmunu

İcraçı orqanlar

Tapşırığın, tövsiyənin icra müddəti

İcranın gedişinə aid məlumat (görülmüş işlər)

İcra olunub

İcra olun-mayıb

Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri

Yerli icra hakimiyyəti orqanları

1.

5

Gənclər arasında maarifləndirmənin istiqamətləri:

 

5.1.1 gənclər arasında ailə dəyərlərinin təbliği;

 

5.1.2 gənclər arasında sağlam həyat tərzinin təbliği;

 

5.1.3 ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı;

 

5.1.4 erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;

 

5.1.5 erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

 

5.1.6 gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması;

 

5.1.7 gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya,

Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu,

 

Rayon üzrə bələdiyyələrin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyalar,

Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri,

Rayon Polis İdarəsi,

Rayon Gənclər və İdman İdarəsi,

Rayon təhsil müəssisələri

 

 

2022-ci il ərzində

1.     04.03.2022-ci il tarixdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Sabunçu rayon idman ictimaiyyəti ilə görüş keçirildi. http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-5-mart-beden-terbiyesi-ve-idman-gunu-ile-elaqedar-gorus-kecirildi.html

2.     08.04.2022-ci il tarixdə uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsində valideynlərlə icma səviyyəsində görüş keçirildi.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-usaq-nikahlarinin-ve-qiz-usaqlarinin-tehsilden-yayinmasinin-qarsisinin-alinmasi-meqsedile-yeni-layiheye-start-verilir.html

3.     12.04.2022-ci il tarixdə uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Nardaran və Bilgəh qəsəbələrində valideynlərlə icma səviyyəsində görüş keçirildi.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-erken-nikahlarin-ve-qiz-usaqlarinin-tehsilden-yayinmasinin-qarsisinin-alinmasi-meqsedile-icma-seviyyesinde-gorusler-davam-etdirilir.html

4.     18.04.2022-ci il tarixdə Sabunçu rayonunda fəaliyyət göstərən Əlilliyi olan şəxslərin peşə-əmək reablitasiya mərkəzində Boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirildi.

http://sabunchu-ih.gov.az/az/news/boccia-idman-novu-uzre-milli-komandanin-uzvleri-ile-gorus-kecirildi.html

5.     20.04.2022-ci il tarixdə uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Bakıxanov, Ramana və Sabunçu qəsəbələrindən olan valideynlərlə icma səviyyəsində görüş keçirildi. http://sabunchu-ih.gov.az/az/news/sssabuncu-rayonunda-erken-nikahlarin-ve-qiz-usaqlarinin-tehsilden-yayinmasinin-qarsisinin-alinmasi-meqsedile-gorusler-davam-etdirilir.html

6.     26.04.2022-ci il tarixdə uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Balaxanı, Kürdəxanı və Zabrat qəsəbələrindən olan valideynlərlə icma səviyyəsində görüş keçirildi. http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-erken-nikahlarin-ve-qiz-usaqlarinin-tehsilden-yayinmasinin-qarsisinin-alinmasi-meqsedile-gorusler-davam-etdirilir.html

7.     “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə 13.05.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Kürdəxanı qəsəbəsində 63 il birgə nikahda xoşbəxt yaşayan nümunəvi İbrahimovlar ailəsi ilə görüş keçirildi. http://sabunchu-ih.gov.az/az/news/15-may-beynelxalq-aile-gunu-munasibetile-rayonun-63-il-birge-nikahda-olan-numunevi-ailesi-ile-gorus-kecirildi.html

8.     27.05.2022-ci il tarixdə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirildi. http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonnunda-meiset-zorakiliginin-qarsisinin-alinmasi-istiqametinde-gorus-kecirildi.html

9.      “26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası   Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, aidiyyəti qurumların, rayon gənclərin, kollec və lisey tələbələrin iştirakı ilə 07.06.2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sabunçu Gənclər Evində geniş tədbir keçirilmişdir. http://sabunchu-ih.gov.az/az/news/26-iyun-narkotik-vasitelerin-sui-istifadesi-ve-qanunsuz-dovriyyesi-ile-beynelxalq-mubarize-gunu-ile-elaqedar-sabuncu-rayonunda-tedbir-kecirilmisdir.html

10.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29.07.2022-ci il tarixdə Sabunçu rayonu, Böyükşor parkının ərazisində paytaxt sakinləri arasında "İdman Festivalı" keçirildi.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-idman-hami-ucun-layihesi-cercivesinde-idman-festivali-kecirildi.html

11.  14.10.2022-ci il tarixsə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Bakı Gənclər Mərkəzinin, Türk Sənət Akademiyasının və Abşeron Group Productionun birgə təşəbbüsü ilə narkomanın  faciəli həyat tərzindən, onun  qurbanına çevrilmiş insan taleyindən, sağlamlığı vurulan zərərdən, milli genofonda, cəmiyyətə vurulan zərbədən, ailə fəciəsindən, və s. bəhs edən  qısametraşlı film nümayiş olunmuşdur.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-narkomaniya-ile-mubarizeye-hesr-olunmus-bir-defe-adli-film-numayis-olunub.html

12.  19.10.22-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "İdmanla sağlam gələcək"devizi altında qəsəbələr arasında 2009-2011-ci il təvəllüdlü oğlanlar arasında mini-futbol turnirinin Sabunçu və Zabrat zona mərhələsi keçirilmişdir.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-idmanla-saglam-gelecek-devizi-altinda-mini-futbol-turniri-kecirilmisdir.html

13.  21.10.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 271 nömrəli tam orta məktəbin akt zalında “Ağ ölümə yox deyirik!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-ag-olume-yox-deyirik-adli-tedbir-kecirifldi.html

14.  21.10.22-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "İdmanla sağlam gələcək"devizi altında qəsəbələr arasında 2009-2011-ci il təvəllüdlü oğlanlar arasında mini-futbol turnirinin Balaxanı zona mərhələsi keçirilmişdir.

http://sabunchu-ih.gov.az/az/news/idmanla-saglam-gelecek-devizi-altinda-mini-futbol-turnirinin-balaxani-zona-merhelesi-kecirilmisdir.html

15.  25.10.22-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "İdmanla sağlam gələcək"devizi altında qəsəbələr arasında 2009-2011-ci il təvəllüdlü oğlanlar arasında mini-futbol turnirinin Ramana zona mərhələsi keçirilmişdir.

http://sabunchu-ih.gov.az/az/news/idmanla-saglam-gelecekdevizi-altinda-mini-futbol-turnirinin-ramana-zona-merhelesi-kecirilmisdir.html

16.  26.10.2022-ci il tarixdə Sabunçu Gənclər Evində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirildi.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-erken-nikahin-ve-qohumlar-arasinaada-nikahin-fesadlari-movzusunda-tedbir-kecirildi.html

17.  03 dekabr 2022-ci il tarixdə Sabunçu Gənclər Evinin təşkilatçılığı və Gənclərin Anti-Narkomaniya İctimai Birliyini tərəfdaşlığı çərçivəsində narkotik vasitələrin istifafənin fəsadları haqqında daha çox gəncin maariflənməsi üçün, “Gələcəyini düzgün qur!” forumu keçirilmişdir.

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-gencler-evinde-geleceyini-duzgun-qur-adli-maariflendirici-forum-kecirildi.html

 

+

 

 

2.

6.1.6

Yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya,

Rayon üzrə bələdiyyələrin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyalar,

 Rayon Polis İdarəsi,

Rayon təhsil müəssisələri

2022-ci il ərzində

Cari il ərzində erkən nikaha daxil olmaq üçün müraciət edən 8 nəfər erkən nikah yaşında olan gənclə Komissiya tərəfindən profilaktik söhbət aparılmış, onlara erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumat verilmişdir.

 

Erkən nikaha daxil olmaq üçün Komissiyaya müraciət edən 2 nəfər erkən nikah yaşında olan gəncin üzrlü səbəb olduğundan nikah yaşı azaldılmışdır.

+

 

 

 

Keçidlər